‘Mərkəz hazırda bağlıdır, lakin bizim icmamız tam sürətlə işinə davam edir!’

İnklüziv təhsil layihəsi, COVİD-19 pandemiyası müddətində əlilliyi olan şəxslərin əlaqələrini davam etməsinə dəstək məqsədilə onlayn fəaliyyətə keçid edir.

akıdakı Sənətkarlıq üzrə İnklüziv Tədris Mərkəzinin tələbələri, izolyasiya dövrünü daha yaxşı keçirə bilmələri üçün sosial mediadan əlaqə saxlayaraq və fəaliyyətlərini onlayn paylaşaraq, müxtəlif yaradıcı yollarla bir-birilərinə dəstək olurlar.

2019-cu ilin sentyabrında fəaliyyətə başlayan Mərkəz, əlilliyi olan və olmayan 115 tələbə, eləcə də onların müəllimləri, valideynləri və dostları üçün güclü bir öyrənmə məkanına və sosial icmaya çevrilib. Sosial uzaqlaşdırma tədbirləri səbəbilə hazırda Mərkəz bağlanmasına baxmayaraq, bu işə cəlb olunan hər kəs onlayn olaraq bir-biri ilə əlaqə saxlayır.

“Mərkəzdən dostlaşdığımız hər kəslə WhatsApp qrupundan xəbərləşirik”, 19 yaşlı Zeynəb Cəfərzadə deyir. “Düşünürəm ki, evdə qaldığımız müddətdə nə iləsə məşğul olmaq həqiqətən vacibdir. Buna görə Mərkəzdə öyrəndiyim üsullarla aksesuar və suvenirlər düzəltməyə davam edirəm”.

Düzəltdiyim əl işlərini videoya çəkirəm və digərlərinə ruh yüksəkliyi olması üçün paylaşıram.”

Əlilliyi olan bir çox insan kimi Zeynəb, evdə vaxtı daha səmərəli keçirməyin yollarını çoxdan öyrənib. İndi o, videoklipləri vasitəsilə dostlarını və həmyaşıdlarını boş durmamağa və bir-biriləri ilə əlaqə saxlamağa həvəsləndirir.

Sənətkarlıq üzrə İnklüziv Tədris Mərkəzi — BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və İçərişəhər Administrasiyası tərəfindən layihə olaraq təsis edilib. Məqsəd, gənclərin öyrənmə və yaradıcılıq fəaliyyətlərində birgə iştirakına, eyni zamanda sosiallaşmalarına uyğun mühit yaratmaqdır.

Mərkəz, mümkün qədər inklüziv olmaq əzmindədir. Tədris Mərkəzi, əlilliyi olan tələbələri qəbul edərək tələbələrə öz həmyaşıdları ilə əlaqələr qurmaq və dostluq etmək üçün bütün imkanları yaradır.

“Bu icmanı qurmaq üçün hər kəsin bir araya gəlməsi, həqiqətən möhtəşəmdir”, BMTİP-nin layihə üzrə mütəxəssisi Zərinə Əliyeva deyir. “Fəaliyyətə başlayandan cəmi bir neçə gün sonra uşaqlar hamısı bir-biri ilə dərsdən kənarda da əlaqə saxlamağa başladılar. Təkcə tələbələr deyil, onların valideynləri və dostları da bu icmaya qoşuldu, nəqliyyatın təşkili, gediş-gəliş məsələlərində bir-birlərinə dəstək oldular. Pandemiya səbəbindən Mərkəz hazırda fiziki olaraq bağlıdır, lakin bizim icmamız tam sürətlə işinə davam edir!”

Mərkəzin fəaliyyətlərini COVID-19 böhranı boyunca mümkün qədər davam etdirməsinə kömək etmək məqsədilə BMTİP, Avropa İttifaqı və Azərbaycan Hökuməti ilə əməkdaşlıq edərək mərkəzin müəllimlərinə onlayn tədris və video dərsləri hazırlayıb paylaşmasında dəstək olur. Dərslər, WhatsApp və YouTube platformalarında tələbələrlə paylaşılır. BMTİP, gənc tələbələrin əyləncəsini təmin etmək üçün bəzi maraqlı interaktiv oyunlar hazırlayır. (Böyüklər də oynaya bilər!)

Tələbələr, uzun müddət davam edən bu sosial təcrid dövründə bir-birlərini ruhlandırmaq, dəstək olmaq üçün müxtəlif yollarla təşəbbüs göstərirlər. Cəmiyyətin qurulmasında bu inklüziv layihənin uğuruna bundan yaxşı nümunə ola bilməz.

14 yaşlı eşitmə çətinliyi olan tələbəmiz İlkin Şahverdiyev, işarət dilində ismarışını yollayaraq yeni dostlarını və müəllimlərini sağlam olmağa və yaradıcılıq işlərini davam etməyə çağırır.

İlkin Mərkəzdə vitraj və batika öyrənir. Uğurlu bir sənətkar olmaq arzusunda qətiyyətli olan İlkin, evdə onlayn olaraq dərslərini davam etdirir.

Mərkəz, Azərbaycanda əlilliyi olan insanlar üçün maneələrin aradan qaldırılması istiqamətində BMTİP-nin daha geniş və uzunmüddətli öhdəliyinin bir hissəsidir. Hökümətlə sıx əməkdaşlıq edərək BMT-nin İnkişaf Proqramı, əlilliyi olan uşaqlar və böyüklər üçün bərabər təhsil imkanlarının təmin edilməsinə və cəmiyyətdə müstəqil həyat sürmələri üçün onların gücləndirilməsinə yönəlmiş yeni xidmətlər və həll yollarının qurulmasına kömək edir.

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store